• $
  • €
  • ₽
  • ₺
  • £

“Hyatt Regency” otelindən “Naxçıvan” lövhəsi götürüldü

“Hyatt Regency” otelindən “Naxçıvan” lövhəsi götürüldü
17.05.2018 16:13
Bakıdakı "Hyatt Regency Naxçıvan” otelinin üzərindən "Naxçıvan” lövhəsi götürülüb.
 
Bunu redaksiyamıza oxuculardan biri çatdırıb, lövhənin götürüldüyünü əks etdirən fotonu təqdim edib. Həmin otelinin adının "Hyatt Regency Naxçıvan” olmasının və lövhənin öz tarixçəsi var. Virtualaz.org xatırladır ki, bu otel sovet dövründə mövcud olmuş "Naxçıvan” mehmanxanasının yerində ötən əsrin 90-cı illərinin ortalarında inşa edilib. 

"Naxçıvan” mehmanxanasını özəlləşdirən və onun yerində Azərbaycanın ilk beşulduzlu otelini inşa edən İran əsilli britaniyalı iş adamı Paolo Pərviz idi. Və Paolo Pərviz keçmiş "Naxçıvan” mehmanxanasının yerində inşa etdiyi otelə dünyanın ən məşhur otel brendlərindən birinin adını (françayzinq müqaviləsi əsasında) vermişdi. Otelin açılışına o vaxtkı dövlət başçısı Heydər Əliyev qatıldı və açılış mərasimində otelin adında "Naxçıvan” sözünün olmamasına görə mədəniyyət naziri Polad Bülbüloğluna irad tutdu. 

Prezidentə izah edildi ki, "Hyatt Regency” brendi ilə bağlanmış müqaviləyə əsasən otelin adı "Hyatt Regency Baku” olmalıdır. Lakin Heydər Əliyev "Naxçıvan” sözünün də hansısa formada otelin adında əks edilməli olduğunu bildirdi. Nəticədə Paolo Pərviz otelin adını "Hyatt Regency Nakhchivan” olaraq dəyişdirdi.
İndi isə "Naxçıvan” sözü otelin üzərindən qoparılıb. Bunun otelin adının rəsmən dəyişdirilməsi ilə bağlı olduğu təxmin edilir. Oteldən lövhənin qoparılması ilə bağlı şərh almaq cəhdlərimiz nəticə vermədi.
 
//criminal.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol