• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə “5 qəpik” və “cəmdək” söhbəti

Milli Məclisdə “5 qəpik” və “cəmdək” söhbəti
18.05.2018 13:00
Dövlət rüsumu konkret olmalıdır, burada yuvarlaq rəqəm seçilməlidir.

Anews.az xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin mayın 18-də keçirilən iclasında millət vəkili Aydın Hüseynov deyib.

O, qeyd edib ki, "Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə 5 qəpikdən 5 manatadək sözünün yazılması bir o qədər düzgün deyil:

"Çünki bildiyiniz kimi, reallıq budur ki, 5 qəpik dövriyyədə olsa da, istifadə olunmur. Hamısı yığılıb qalır. Ona görə rüsumda da bu məsələ aydın olmalıdır. Ya bir, ya iki, ya üç və sair manatadək qeyd olunmalıdır. Əgər belə olarsa, bu ortada olan qarışlığı aradan qaldıra bilər”.

Millət vəkili İqbal Məmmədov da həmkarının fikrini-təklifini dəstəkləyib:

"Mən də hesab edirəm ki, burada dəqiqlik olmalıdır, 5 qəpik sözü çıxarılmalıdır. Konkret olaraq da, məsələn, toyuğun üzərinə etiket yapışdırılmalı və tutaq ki, bir manat, qoyun cəmdəyinin üzərinə 3 manat, mal cəmdəyinin üstünə 4 manat yazılmalıdır. Təbii ki, bu onların satış qiyməti deyil, amma bununla belə, burada qarışıqlıq olmasın deyə belə yazılmalı və 5 qəpik məsələsi aradan qaldırılmalıdır”.

Milli Məclisin (MM) Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə isə bildirib ki, bu məsələ əslində müvafiq icra hakimiyyəti orqanının, Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətinə aid ola məsələdir:

"Yəni, onlar özləri icra zamanı konkret olaraq rəqəm müəyyənləşdirəcəklər. Bu, qanunun predmeti deyil”.

Sözügedən komitənin sədr müavini Eldar Quliyev öz növbəsində dəyişiklik layihəsinin plenar iclasa tövsiyə olunmasını, bununla yanaşı, plenar iclasa qədər Prezident Administrasiyasının (PA) müvafiq şöbəsi ilə bir daha bu məsələnin dəqiqləşdirilməsini məqsədəuyğun sayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol