Bu fondlar nəzarətimizdədir – Palata sədri

Millət vəkillərinin Palatanın fəaliyyəti ilə bağlı irəli sürdükləri təkliflər, fikirlərə görə təşəkkür edirəm.
Axar.az xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə palatanın 2017-ci il hesabatı və təkliflərinə münasibət bildirərkən deyib.
Sədr millət vəkillərinin bir sıra təklifləri ilə razılaşdığını deyib:
"Millət vəkilləri Qüdrət Həsənquliyev və Vahid Əhmədovun Hesablama Palatasının qiymətləndirmələrində audit olunan obyektin yol verdiyi pozuntularla bağlı ictimaiyyət məlumatlandırılması fikirləri ilə razıyam. Bu, haqlı təklifdir.
Ötən il 18 milyon manatın dövlət büdcəsinə bərpasına nail olmuşuq, bunun üzərinə səmərəsiz xərcləri və digər vəsaitləri əlavə edirik. Lakin bəzi vəsaitlər var ki, onu bərpa etmək mümkün olmur. Büdcədən kənar fondların fəaliyyəti daim bizim nəzarətimizdədir. Lakin bu qurumlarda xərclər üzərində yalnız seçmə üzrə yoxlama aparırıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























