• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədovun qardaşı: "Nə hadisə, hansı Hadisə, plyaj nədir?

Ziya Məmmədovun qardaşı: "Nə hadisə, hansı Hadisə, plyaj nədir?
18.05.2018 14:35
"Əlağa Hüseynov bu dövlətin inkişafı üçün çalışan, Cənab Prezident İlham Əliyevə sədaqətlə xidmət göstərən bir deputatdır və onun haqqında mətbuatda aparılan şər-böhtan kampaniyası məqsədli şəkildə tirajlanır”.
 
Anews.az xəbər verir ki, Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin sabiq deputatı, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov yaxın qohumu, millət vəkili Əlağa Hüseynovun jurnalisti təhqir etməsinə və mətbuatda ittiham olunmasına münasibət bildirərkən belə deyib.
 
O bildirib ki, Əlağa Hüseynov çox səmimi, hər kəsə açıq, o cümlədən ictimai rəylə hesablaşan bir millət vəkilidir: "Əlağa müəllimi yaxından tanıyan, ona bələd olan şəxs kimi deyirəm ki, o kifayət qədər alicənab adamdır. Heç vaxt ola bilməz ki, o nəinki jurnalisti, ümumiyyətlə kimisə təhqir etsin. Görünür həmin jurnalist nəsə deyib ki, bu baş verib. Əks halda inandırıcı deyil ki, Əlağa müəllim ona aqressiv cavab versin”.
 
"Əlağa Hüseynov fəraridir, orduda olmayıb” itihamlarına cavab verən E.Məmmədov qeyd edib ki, Əlağa Hüseynov həyatının böyük hissəsini hərbi sahədə keçirib: "Uzun illər Respublikanın Hərbi Komissarı olub. İstefada olan generaldı. Belə bir adama demək ki, fəraridir, orduda olmayıb, gülünc ittihamdır və həmin adamların ən azı məntiqsiz olduqlarını ortaya qoyur. Bu qədər yalan danışmaq olmaz, Vallah”.
 
Qardaşıoğlu Anar Məmmədovun Türkiyənin Bodrum şəhərində türk müğənni Hadisəyə mülk bağışlamasından danışan sabiq millət vəkili bunu da uydurma adlandırıb: "Ziya müəllimin, mənim, onun və mənim övladlarımın haqqında olmazın şayiələr uydurur, ağızlarına gələni yazırlar. Bunlar hamısı yalandır, şərdir, böhtandır, məqsədli şəkildə təşkil olunan qara-piardır. Nə hadisə, hansı Hadisə, nə "plyaj”, hansı "plyaj” ?!”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol