• $
  • €
  • ₽
  • ₺
  • £

Köklü islahata ehtiyac var - Millət vəkili

Köklü islahata ehtiyac var - Millət vəkili
18.05.2018 14:51
Bu gün məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin maaşı 140-150 manatı keçmir, texniki işçilər 80 manat maaş alır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdə "Təhsil haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, bu qədər maaş alan müəllimlər 42 gün məzuniyyətə getmək istəmir:

"140 manatı 42 günə günə bölək. Necə xərcləyəcək adamlar bu pulu? Adamlar məzuniyyətə getmək istəmir. Özümüzü aldatmayaq, məktəbəqədər təhsilin bu yükü qaldırmağa imkanı yoxdur”.

Millət vəkili ölkədə məktəbəqədər təhsilin vəziyyətinin ürəkaçan olmadığını deyib:

"Bu gün Azərbaycanda 13-12 faiz arası uşaq məktəbə məktəbəqədər müəsissələrdən gəlir. Yəni bizdə bu məsələdə baza yoxdur. Bu məsələdə özəl müəssisələrə imkan yaradılmalıdır və ən azı xərclərin yarısı ödənməlidir. Bağçaya qəbul yaşını 1 yaşa qədər endirdik. Lap yaxşı, amma bu müəssisələr hardadır? Regionların 30 faizində məktəbəqədər müəssisə yoxdur. Onların tikilməsi ilə hansı qurum məşğul olacaq?

Azərbaycanda uşaq bağlçalarına diqqət etmək lazımdır. Normal ailə düzəni olmayanlar bu müəssisələrdə müdir vəzifəsinə təyin edilməməlidir. Bağçaların siyahısını çıxarın, özünüz vəziyyəti görəcəksiziniz. İnsanlar uşağını necə etibar etsin bu müəssisələrə?"

Millət vəkili bağçaların Təshil Nazirliyinin balansına verilməsini də təklif edib:

"Təhsil sisteminin köklü islahatlara ehtiyac var. Həll edə bilməsək, onun altında əziləcəyik”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə qanunun perspektiv üçün nəzərdə tutulduğunu deyib:

"Bu gün bağça yoxdur, sabah olacaq da. Bu, bütün dünyada belədir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol