Yaşıl çayı xərçəngin dərmanına çevirdilər

Yaşıl çay ekstratı alimlərə əsrin ən bəlalı xəstəliyi - xərçəngə qarşı güclü dərman yaratmağa kömək edəcək. İstiPress-in məlumatına görə, ilkin mərhələdə elm adamları insanın ağ ciyərindəki bütün xəstə hüceyrələri məhv edə bilən nanohissəciklər yaradıblar.
"Növbəti addımımız eksprementləri daha da genişləndirmək olacaq. Biz kvant nöqtələrindən istifadə etməklə xərçəng hüceyrələrinin fotolarını əldə etməyə, onların necə birləşmələr yaratdığını anlamağa çalışacağıq", deyə Böyük Britaniyanın Suonsi universitetinin əməkdaşı Sudhagar Pitçaymutu deyib.
Alimlər nanohissəciklərin ölçüsünün birbaşa hüceyrəyə təsir etdiyini qeyd edirlər. Yəni metal və ya başqa elementin diametri nə qədər böyükdürsə, onun məhv etdiyi hüceyrələr də artır. Bəzi hallarda bu mənfi reaksiyaya səbəb olur. Belə ki, xəstə ilə yanaşı sağlam hüceyrələrə də ziyan dəymiş olur.
Pitçaymutunun sözlərinə görə, kiçik ölçülü nanaohissəcikləri əldə etmək olduqca çətin məsələdir. Çünki onların ölçüsü azaldıqca stabillikləri də azalır. Əslində son bir neçə ildə elm xadimləri bu problemi həll edən bir neçə çıxış yolu tapıblar. Amma onlar hamısı kimyəvi əsaslıdır və başqa hüceyrələrin də öz-özünə məhvinə səbəb ola bilər. Toksiki xarakterli olduğu üçün onların tibbdə istifadəsi mümkün deyil.
Yaşıl çay isə daha təbii olduğu üçün onun tərkibindəki birləşmələrdən əldə edilən hissəciklər istənilən ölçüdə və keyfiyyətdədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























