• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə boş qalan altı yerin taleyi necə olacaq?

Milli Məclisdə boş qalan altı yerin taleyi necə olacaq?
22.05.2018 10:29
Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasından, ölkə prezidentinin yeni kadr  təyinatlarından sonra hazırda ali qanunverici orqanda - Milli Məclisdə (MM) altı yer boşdur.

Xatırladaq ki, Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar millət vəkillərindən dördü hökumətə cəlb olunublar.

Yəni, millət vəkillərindən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Rövşən Rzayev "Qaçqınkom”un , Fuad Muradov Diasopla İş Üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar. 

Qanunvericiliyə görə, ölkə Konstitusiyana görə, hökumətdə yer alan millət vəkillərinin səlahiyyətlərinə xitam verilməlidir. 

Xatırladaq ki, ötən ilin yazında ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq fəaliyyətinə xitam verilmişdi.

Hazırda onun Xəzər rayonundakı deputat yeri boşdur.

Eyni zamanda, bir müddət öncə millət vəkili Astan Şahverdiyev qəflətən urək tutmasından dünyasını dəyişdi və onun Cəbrayıl rayonu üzrə deputat yeri boşdur.

Azərbaycan iki il müddətinə, təxminən növbəti - altıncı çağırış parlament seçkilərinə (2020-ci ilin yazına - red.) kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) rəhbərsiz qalacaq.

Belə ki, adıçəkilən qurum bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyətinə iki illik sanksiya tətbiq edib.

Belə olan halda, yəni, mövcud durumda Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin oluna bilərmi, təyin olunmalıdırmı? 

Və ya adıçəkilən şəxslərin yerinə təkrar seçkilər keçiriləcəkmi, bu, gözləniləndirmi?

Bununla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, parlament üzvü kimi hökumətdə vəzifə alanların mandatı ilə bağlı məsələ Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən həll ediləcək.

Onun bildirdiyinə görə, Konstitusiyanın tələbi bundan ibarətdir:

"Çünki icra orqanlarında təmsil olunanlar digər hakimiyyət qolunda yer tuta bilməzlər. Əks halda, maraqların konfliktinə yol açılardı.

Üstəlik, hakimiyyətin bölgüsü prinsipinə görə, Nazirlər Kabineti Milli Məclis tərəfindən formalaşan, hesabat verən və istefaya göndərilən bir orqandır.

Məsələnin yaxın zamanlarda həll olunacağına və həmin ərazilər üzrə yeni seçkilərin keçiriləcəyinə ümidvaram. 200 minədək seçici təmsilçisiz qala bilməz. Növbədənkənar parlament seçkilərinə gəlincə, millət vəkili bunu istisna edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol