• $
  • €
  • ₽
  • ₺
  • £

Reket baş redaktor məhkəmə qarşısında

Reket baş redaktor məhkəmə qarşısında
22.05.2018 15:15
Bakı Ağır Cinayətlər Məhkəməsində Millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın CM-nin 182-ci (hədə-qorxu il tələb etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Anews.az-ın məlumatına görə, ötən il iyulun 14-də DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları Binəqədi rayonunda, "Qədim Qəbələ” restoranında vətəndaş Şirin Abdullayevdən, barəsində rüsvayedici məlumatlar yaymamaq məqsədilə 3000 manat pul alan zaman Millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədova saxlanılıblar. 

Fakta görə cinayət işi başlanılıb.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən Rövşən Qasımov ifadə verərək bildirib ki, sözügedən saytı 2016-cı ildə təsis edib. Onun sözlərinə görə, Yeganə Əhmədova  deyib ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var, həmin yerin də rəhbəri Şirin Abdullayevdir:

"Həmin yerdə çəkiliş apardıq. Mən müştəri kimi yaxınlaşdım, 30 manat müqabilində mənə intim münasibət təklif etdilər. Biz bu sübutları polisə təqdim etdik. Bir neçə gündən sonra Abdullayev görüşüb, söhbət etməyi təklif etdi. Binəqədi rayonunda restoranda görüşdük, orada bizə mülki geyimli şəxslər yaxınlaşdılar”.

Növbəti proses mayın 30-a təyin edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol