• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat dini kəbinlərdən danışdı

Deputat dini kəbinlərdən danışdı
23.05.2018 18:15
Mayın 23-də Milli Məclisdə (MM) ailə məsələlərinə həsr olunmuş ictimai müzakirələr başlayıb.

Anews.az-ın xəbərinə görə, MM-in Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən "Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə millət vəkilləri ilə yanaşı, bir sıra dövlət qurumlarının, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin (DİN), Qeyri-Hökumət Təşkilatlarının (QHT) təmsilçiləri iştirak edirlər.

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda ailə dəyərlərinə böyük üstünlük və əhəmiyyət verilir. Komitə sədri bu yöndə qanunvericilik bazasının formalaşdırıldığını, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunduğunu qeyd edib.

O, Azərbaycanda boşanmaların və erkən nikahların ciddi problem olaraq qaldığını söyləyib:

"Ailələrdə boşanmaların sayında artım özünü göstərir. Rəsmi rəqəmlər də ciddi narahatlıqlar üçün əsas yaradır”.

Komitə sədri deyib ki, konfliktli ailələrdə uşaqlar zəif, iradəsiz uşaqlar kimi böyüyürlər. 

A.Naxçıvanlı erkən nikahlarda və boşanmalarda dini kəbinlərin və qeyri-rəsmi nikahların "böyük” rol oynadığını da sözlərinə əlavə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol