• $
  • €
  • ₽
  • ₺
  • £

"Niyə axı məni təhqir edirlər?" - Hadı Rəcəbli

"Niyə axı məni təhqir edirlər?" - Hadı Rəcəbli
23.05.2018 11:40
"Mənə çox təəccüblüdür, niyə axı, sosial şəbəkələrdə mənə qarşı bu cür etikadan, siyasi mədəniyyətdən kənar münasibət sərgilənir? Hər gün təhqir olunuram. Bunu edənlər vicdanlarına baş vursunlar”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri gununsesi.info-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli sosial şəbəkələrdə təhqir olunması faktına münasibətində deyib.

Qeyd edək ki, zaman-zaman facebook istifadəçilərinin hədəfinə tuş gələn komitə sədrini bu dəfə 3 gün öncə övladı şəhid olmuş bir ata ilə müqayisə ediblər. Hər iki şəxsin fotosunu paylaşan facebook istifadəçiləri şəhid atasından təxminən 10 yaş böyük olan Hadi Rəcəblinin daha gümrah, daha sağlam olmasını yazır.

Saytımıza açıqlamasında Hadi Rəcəbli belə bir müqayisənin qüsurlu olduğunu deyərək, əlavə edir ki, övladını itirən atanın o vəziyyətdə fotosunu paylaşmaq doğru hal deyil: "Birincisi, o atanın övladı vətən uğrunda şəhid olub. Övladını itirmiş atanın təbii ki, beli bükülür. Ancaq bu cür fotoları paylaşmaq doğru deyil, bizə düşmən baxır. Mənim gümhrah olmağımı yazanlara isə deyirəm ki, hər gün özümə əziyyət verib, idmanla məşğulam”.

Tez-tez gündəmə gəlməsini rəhbəri olduğu komitəsinin fəaliyyəti ilə əsaslandıran Hadı Rəcəbli bildirib ki, əhalinin həssas təbəqəsi ilə işləmək çətindir: "Mən təkcə ötən həftə 61 vətəndaş qəbul etmişəm. Hər gün bir neçə nəfər qəbul edirəm. Əlimdən gələni gələni edirəm ki, insanların problemləri həll olunsun. Elə hal olub ki, görmüşəm telefonla, məktubla həll olunmur, durub özüm nazirin qəbuluna getmişəm. Bu gün sosial şəbəkələrdə məni qınayanlar, yaxşı olardı ki, aldığım təşəkkür məktublarına da yer ayırardılar. Çalışmışam mediaya açıq olam. Amma bir də görürsən demədiyim sözləri ictimailəşdirirlər. Bu jurnalisti tapanda isə üzrxahlıq edir. Belə olmaz. Mən əzblar, görmüşəm, çətinlikləri yaşamışam, nə qədər ədalətsizliklərin şahidi olmuşam. Məni tanıyanlar bunu yaxşı bilir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol