Su İdmanı Sarayında ölüm faktına aydınlıq gətirildi

Bakıda Su İdmanı Sarayında ölüm faktına aydınlıq gətirilib.
Bakı Şəhər Halqasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 22-də Su İdmanı Sarayı ərazisində fəaliyyət göstərən "BCC Marshal" Mərkəzinin əməkdaşı Yusifov Asəf Fərəməz oğlu iş zamanı qəflətən halı dəyişərək insult nəticəsində vəfat edib.
Qeyd olunub ki, vəfat etmiş şəxs Su İdmanı Sarayında məşq etmir və məşq nəticəsində həyatını dəyişməyib. Buna görə də həmin şəxsin guya məşq nəticəsində vəfat etdiyi barədə məlumat həqiqətə uyğun deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























