• $
  • €
  • ₽
  • ₺
  • £

İbrahimbəyov həbs oluna bilər?

İbrahimbəyov həbs oluna bilər?
29.05.2020 07:43
"Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur".

 AZƏRTAC bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı son günlər ailələrin tək oğlan övladlarının hərbi xidmətə çağırılmamaları, həmçinin ön xətt bölmələrində xidmətə cəlb edilməmələri barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən deyib.

"Eyni zamanda, ailənin tək oğlan övladları da hərbi xidmətə çağırılır və müxtəlif istiqamətlərdə, xidmət sahələrində öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Ordumuzda xidmət edən gənclərin hansısa təbəqələrə bölünməsi kimi ziyanlı tendensiya mövcud deyil və düşünürəm ki, belə bir addımın atılması da xoşagəlməz hal kimi dəyərləndirilir. Unutmayaq ki, belə söhbətlərin yayılması vətəndaşlar arasında çaşqınlığın və narazılığın yaranmasına səbəb ola bilər. Bu isə şübhəsiz ki, Ermənistan xüsusi xidmət orqanlarının məqsədlərinə yarayan bir məsələdir. Bunu nəzərə alaraq hesab edirəm ki, bu gün belə bir mövzunun ortaya atılması ziyanlıdır, yolverilməzdir və düşmənin planları ilə üst-üstə düşür", - o qeyd edib.

V.Dərgahlı qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi xidmətə çağırışla bağlı digər möhlət hüquqlarından bəhs etmək cəbhədəki vəziyyəti tam qiymətləndirməmək deməkdir: "Çünki ordumuzun qarşısında ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs və şərəfli vəzifə durur. Bu gün ordumuzun sıralarında ailələrin tək övladı olan zabitlərimiz, gizirlərimiz və hərbi xidmətə könüllü surətdə gələn müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçuları vardır və onlar vəzifələrinin öhdəsindən şərəflə gəlirlər. Onların əksəriyyəti ön xətt bölmələrində, düşmənlə üzbəüz mövqelərdə xidmət edirlər. Ancaq belə müzakirələrə qoşulanların məntiqi ilə hərəkət etmiş olsaq, onda gərək çağırışçılarla bərabər yuxarıda sadaladığım kateqoriyadan olan ailənin tək oğlan övladlarının da ordumuzda xidmətə cəlb edilməsinin qarşısı alınsın. Bu isə ölkəmizin müdafiə qüdrətinə vurulan zərbə kimi qiymətləndirilməlidir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol