• $
  • €
  • ₽
  • ₺
  • £

Direktor müəllimdən polisə şikayət etdi

Direktor  müəllimdən polisə şikayət etdi
23.05.2018 21:40
Məktəbn direktoru Ziyafəddin Cavadov sosial fəaliyyəti ilə məşhurlaşan Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadədən polisə şikayət edib, bunu "Qafqazinfo”ya H.Əlizadə özü bildirib.

"Bir neçə saat bundan öncə Lənkəran şəhər Polis Şöbəsindən mənə zəng edildi və haqqımda məktəb direktoru tərəfindən təqdimat verilərək şikayət edildiyi bildirildi. Mən şok oldum. Səbəbini soruşdum. Dedilər ki, uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan”.

H.Əlizadə əslində məsələnin tam fərqli olduğunu və ona iftira atıldığını söyləyib:

"Şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Əks halda gəzinti olmayacaqdı. Bu sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsinizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar. Özləri isə əsla tarixi ekskursiya təşkil etməyiblər”.

O, məktəbdə direktor tərəfindən arzuolunmaz şəxs elan edildiyini də sözlərinə əlavə edib: "Məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə, artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə görə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb. Sabah isə 11:30-da Lənkəran polis şöbəsində olacam”.

Qeyd edək ki, məsələ ilə bağlı Ziyafəddin Cavadovun da mövqeyini öyrənməyə çalışsaq da, direktor suallarımıza cavab vermədi:
"Mən bu barədə heç nə danışmaq istəmirəm. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm, onlar araşdıracaqlar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol