Mehriban Əliyeva Qarabağ əlillərini protezlə təmin etdi

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub.
Fonda müraciət etmiş keçmiş əsgər və zabitlər ilk növbədə müayinə olunub, hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri və əmək məşğuliyyətləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər seçilib.
Yüksək texnologiyalı protezlərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətini davam etdirir, bəziləri isə paralimpiya idman növləri ilə məşğul olur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























