• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sürücülər əlbəayaxa oldular – VİDEO

Bakıda sürücülər əlbəayaxa oldular – VİDEO
25.05.2018 13:54
Bakının Nərimanov rayonu "Gənclik” metrosunun çıxışında sürücülər arasında dava olub.

Yenicag.az xəbər verir ki,  21 may 21:53 radələrində ”Gənclik” metrostansiyasının çıxışındakı dayanacaqda 202 nömrəli avtobusun sürücüsü ilə 33 nömrəli avtobusun sürücüsü əlbəayaxa olublar.

Buna səbəb 33 nömrəli avtobusun dayanacaqda olan 202 nömrəli avtobusa dəyərək qəza törətməsi olub. Hadisə nəticəsində 202 nömrəli avtobusun güzgüsü qırılıb. Sürücü qarşı tərəfin üzərinə atılaraq güzgünün pulunu tələb edib. Nəticədə əsəblərini cilovlaya bilməyən sürücülər arasında əlbəyaxa dava düşüb. Hadisənin ani baş verdiyini bildirən 33 nömrəli avtobusun sürücüsü də qarşı tərəfə qarşılıq verərək "söhbət”ə çəkib. Başverənlərdən qorxan sərnişinlər avtobusu tərk edib onları sakitləşdirməyə çalışsalar da, vəziyyət daha da pisləşib. 20 dəqiqə davam edən davada sərnişinlərin və orada yaşayan sakinlərin köməyi ilə sürücüləri ayırmaq mümkün olub. Zərərçəkən sürücü digər avtobusun güzgüsünü sökərək özünə götürüb.

Daha sonra idarə etdikləri avtobuslara minən sürücülər hadisə yerindən sürətlə uzaqlaşıblar.

Sözügedən anın videosunu sizə təqdim edirik:

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol