Nazirlik bu şəxsləri axtarır

Lənkəran rayonu meşə sahəsində 229 ədəd ağacın qanunsuz kəsilməsi ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, sözügedən ərazidə xeyli sayda ağacın kəsilməsi ilə bağlı gələn şikayət araşdırılıb.
Araşdırma zamanı köküstə yaş 227.33 m3 həcmində müxtəlif cinsli 229 ədəd ağacın kəsildiyi aşkar edilib. Məlum olub ki, təbiətə 9209.33 manat məbləğində ziyan dəyib. Faktla bağlı akt tərtib edilib.
Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























