• $
  • €
  • ₽
  • ₺
  • £

Mirzə Ələkbər Sabir son anlarında nə xahiş etmişdi?

Mirzə Ələkbər Sabir son anlarında nə xahiş etmişdi?
30.05.2018 18:18
Bu gün Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin doğum günüdür.

Kult.az xatırladır ki, o, 1862-ci il mayın 30-unda Şamaxıda anadan olub. Sabir 12 yaşına qədər mədrəsədə oxuyub, daha sonra isə məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbdə təhsil alıb. Mütəmadi olaraq dərgilərdə şeirləri, tərcümələri işıq üzü görüb.

O, "Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən idi. Şairin "Fəhlə”, "Əkinçi”, "Oxutmuram, əl çəkin”, "Nə işim var” və yüzlərlə bu qəbildən şeirləri indi də dillər əzbəridir.

M.Ə.Sabir təkcə sözü yox, öz xalqını da nəzmə çəkməyə çalışan sənətkar idi. Onunla eyni dövrdə yaşamış və son günlərində yanında olmuş ədəbiyyatşünas, "Nicat” Maarif Cəmiyyəti idarəsinin katibi Hacı İbrahim Qasımov görkəmli şairimiz haqqında xatirəsində yazır:

Sabir ilə son görüşüm

İllərlə bir yerdə çalışdığım zavallı Sabirin ümidsiz bir halda Bakıya gəldiyini, "İslamiyyə” mehmanxanasına düşdüyünü eşitdim, möhtərəm şairin ziyarətini özümə borc bilib yanına getdim.

Sabir evdə çarpayının üstündə əyləşib meyvə yeyirdi. Mən onu bu halda görüncə pərişan oldum. Sabir o qədər dəyişmiş, arıqlamış və saralmışdı ki, onu təsvir etmək çətindir. Bir neçə dəqiqə danışmağa qüdrətim olmadı. Gözümün yaşını güclə saxladım ki, Sabir şəkkə düşməsin. O, mənə yer göstərdi, əhvalımı soruşdu. Razılıq etdim və dedim:

- Sabir, müsaidənizlə sizə bir təklifim vardır.

- Söylə.

- Sizin, şübhəsiz, maddi vəziyyətiniz ağırdır. Əgər icazə versəydiniz, nəşr etməkdə olduğum "Məlumat” qəzetində sizin nəfinizə bir ianə siyahısı açardım.

Sabir gülümsündü. Fəqət bu gülüş sevinc gülüşü deyildi. Bu, olduqca dərin və ağır bir gülüş idi. Dərin bir qüssə içində dedi:

- Hacı! Siyahı açmağa qətiyyən mücadilə etmərəm. Onsuz da mən son günlərimi keçirirəm. Yalnız qəzetdə yazarsan: Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. Fəqət nə çarə, ölüm aman verməyir.

Onunla bu görüşüm son görüş oldu. İyulun 12-də Abbas Səhhətdən belə bir teleqram aldım: "Sabir vəfat etdi”.

Qeyd edək ki, Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 12-də, 49 yaşında vəfat edib və Şamaxıda Yeddi Günbəz qəbiristanlığında dəfn olunub.

Onun xatirəsinə hörmət əlaməti olaraq 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə şeirləri "Hophopnamə” adı ilə kitab halında nəşr olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol