• $
  • €
  • ₽
  • ₺
  • £

"Əlillər oturaq şəkildə çalışa bilərlər" - Siyavuş Novruzov

"Əlillər oturaq şəkildə çalışa bilərlər" - Siyavuş Novruzov
31.05.2018 16:15
"Dünya ölkələri ilə müqayisədə əlilliyi olan şəxslərin sayı Azərbaycanda ümumi əhalinin sayına nisbətdə xeyli çoxdur”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, buna səbəb əlillik statusunun daha çox verilməsidir: "Düzdür, bizdə hər iki müharibə (Əfqanıstan və Qarabağı nəzərdə tutulur - red.) iştirakçıları var. Amma dinc dövrdə əlillərin sayı sanki müharibə dövründən daha sürətlə artır. Elə şəxslər var ki, onların haqqı çatmasa da, əlillik ala bilir. Elələri də var ki, haqqı çatır, amma ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı- ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əlillik düzgün müəyyənləşdirilsə və verilsə, həqiqi əlillərin pensiya və müavinətlərinin artırılması məsələsi gündəmə gələ bilər”.

S. Novruzov qeyd edib ki, elə əlillər var ki, işləyə bilərlər: "Əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv üzvü kimi fəaliyyətə cəlb etmək olar. Elə əlillər var ki, oturaq şəkildə çalışa bilərlər. Azərbaycan qanunvericiliyinə görə hər hansı təşkilat bağlandıqda orada ən son əlillər, müharibə veteranları işdən uzaqlaşdırılmalıdır.

Çünki bu insanların iş axtarması digərlərinə nisbətən çətindir. Bu qanunda təsdiq olunsa da, bəzi strukturlar buna nəzarət etmir. Bu məsələ ciddi nəzarətdə olmalıdır. Deputat həmkarlarıma kifayət qədər şikayətlər gəlir. Aidiyyəti strukturlar buna ciddi nəzarət etməlidir ki, bu cür insanların hüquqları daim qorunsun. İllərdir ki, əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol