• $
  • €
  • ₽
  • ₺
  • £

"Maşın şou"da dava: Mətanət Aytənin üzünə su çırpdı

"Maşın şou"da dava: Mətanət Aytənin üzünə su çırpdı
02.06.2018 16:48
"Maşın" şouda aparıcılar Mətanət Əliverdiyeva ilə Aytən Səfərova arasında dava yaşanıb. 


Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, onların davasının bəzi məqamları efirə getsə də, bir çox kadrlar nümayiş olunmayıb. 


Reklam fasiləsi zamanı Aytənlə Mətanət arasında dava daha da qızışıb. Hətta Mətanət əlində olan stəkandakı suyu Aytənin üzünə çırpıb. Aytən isə nə edəcəyini bilməyib və Mətanətə sadəcə "Ayıb olsun" söyləyib. Şou başlayandan maşın ətrafında yanyana dayanan Aytənlə Mətanətə yaradıcı heyət müdaxilə edib. Mətanətin yerini dəyişdirərək Aytəndən aralı yerdə dayanmasını istəyiblər.


Proqramın aparıcısı Murad Dadaşov həmin kadrları sildirib və efirə verilməsini istəməyib.


Qeyd edək ki, Mətanətlə Aytən arasındakı qalmaqala səbəb Əliverdiyevanın Cavidan Novruzla Aytən arasında baş verən mübahisəyə qoşulması olub.


Belə ki, nahar vaxtı Cavidanla Aytən mübahisə edib. Səfərova Cavidanı maşın ətrafında etdiyi zarafatlarına görə "Duzsuz” adlandırıb. Daha sonra bir-birini təhqir edən məşhurlar arasına Mətanət girib.


O, aktyora "Əsəbiləşmə, başın xarabdır. O, kimdir ki, ona görə əsəbiləşirsən? O, ömrü boyu.... Onu məndən yaxşı tanıyan yoxdur. O, ağzının danışığını bilmir” deyib.


Əliverdiyevanın bu sözləri Səfərovanı özündən çıxarıb. Canlı yayımda hər iki aparıcı sözləşib.


Mətanətin "Mən maşın ətrafında sakit dayana bilmərəm. Zarafat da edirəm, "şpaqat” da açıram. Əcəb edirəm. Kim istəyir, baxsın, istəməyən, xoş gəldi” deməsinə cavab olaraq Aytən "Mən camaatın qarşısında "şpaqat” açmaram. Bu da mənim xarakterimdir. Yadından çıxartma ki, bir vaxtlar sənin bu hərəkətinə görə mən işimdən olmuşam” deyib.


Sonda Mətanət bildirib ki, o, sözünün üstündə durur: "Heç bir qadın kişiyə o sözü deməzdi".
























































www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol