• $
  • €
  • ₽
  • ₺
  • £

“Maşın” şouda reklam olunan təhsil ocağı qanunsuzdur – Nazirlikdən açıqlama

“Maşın” şouda reklam olunan təhsil ocağı qanunsuzdur – Nazirlikdən açıqlama
02.06.2018 23:35
"Maşın” şounun aparıcısı Murad Dadaşov Anadolu Universiteti Azərbaycan Proqramları ilə tərəfdaşlıq edir.

Minval.info xəbər verir ki, şoumen hər gün yarışmada təhsil müəssisəsinin reklamını edir və təriflər yağdırır. Lakin Anadolu Universiteti Azərbaycan Proqramları haqqında istər mətbuatda, istərsə də sosial mediada dəfələrlə mənfi yazılar yer alıb.

Belə bir qalmaqallı yeri ölkənin ən çox reytinqi olan şousunda reklam edilməsi tələbə olmaq istəyən yüzlərlə gəncin gələcəyini sual altına qoymaq deməkdir. Çünki təhsil müəssisəsinin diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. Eyni zamanda qurum Anadolu Universiteti Azərbaycan Proqramlarına lisenziya verməyib.
Məsələ ilə bağlı Təhsil Nazirliyi Minval.info-nun sorğusuna cavab verib:

""Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq ( lisenziya) almalıdır. Həmin Qanunun 16.5-ci maddəsinə görə Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Anadolu Universitetinin Bakı filialına Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməyib”.

Anadolu Universiteti Azərbaycan Proqramlarından minval.info-ya konkret cavab verilməyib. Belə ki, təhsil müəssisəsi onlara ünvanlanan diplom və lisenziya ilə bağlı suallardan yayınıb.

Hər halda nazirliyin rəsmi açıqlaması məsələnin nə yerdə olduğunu gün kimi aydın edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol