Əmrah Fəqanoğlu yeni vəzifə aldı

Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müavini Əmrah Fəqanoğlu vəzifəsindən ayrılıb.
Bu barədə Axar.az-a Ə.Fəqanoğlu özü bildirib. Onun sözlərinə görə, vəzifəsindən öz istəyi ilə ayrılıb:
"Nazirin əmri ilə nazirliyin rəsmi orqanı olan "Sosial həyat" jurnalının baş redaktorunun müavini təyin olunmuşam. Bu, mənə rəhbərliyin böyük etimadıdır”.
Qeyd edək ki, Ə.Fəqanoğlu uzun müddət Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olub. Ondan öncə isə Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























