• $
  • €
  • ₽
  • ₺
  • £

“SupermaM” Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edib

“SupermaM” Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edib
04.06.2018 18:15
Həm uşaqlar, həm də analar faydalanıblar

Facebook sosial şəbəkəsinin yalnız analar üçün yaradılan ən məşhur qruplarından biri olan "SupermaM” Azərbaycanın lider mobil operatoru "Azercell”, tədbir təşkilatçısı "MGM Production”, "Family Tram” informasiya portalının dəstəyi ilə "Nar Kids Club” tədris mərkəzində həm analar, həm də uşaqlar üçün maraqlı və əyləncəli tədbir təşkil edib. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Tədbirdə xanımlar üçün təlim formatında görüşlər, uşaqlar üçün isə maarıfləndirici-əyləncəli formatda master klass təşkil olunub. Analarla pediatr Leyla Baxışova "Doğru bildiyimiz yanlışlar”, psixoloq Elnarə Şahbazzadə isə "Uşaqları internet asılılığından necə azad etməli” mövzularında təlimlər aparıblar. Analar həkimlərlə təlimlərdə olduğu müddətdə, uşaqlar da əla vaxt keçiriblər. Belə ki, "Family Tram” informasiya portalının əməkdaşları tərəfindən uşaqlar üçün bayram açıqçaları və pomponlar hazırlamaq üzrə master klass təşkil olunub. Daha sonra isə onlar "Party Kids Baku” şirkətinin animatorları - sevimli cizgi filmləri qəhrəmanları ilə əyləncəli vaxt keçiriblər.

Tədbirə böyük həvəslə qonaq qismində qatılan xeyriyyəçi, "Həyat” verilişinin aparıcısı Hacı Nuran Hüseynov bu cür tədbirlərin keçirilməsi və xüsusi ilə də uşaqlar və analar üçün maarifləndirici təlimlərin aparılmasının faydalı olduğunu vurğulayıb. Qeyd edək ki, uşaqların sevimlisi olan Nuranı körpələr də çox böyük sevinclə qarşılayıblar.

Tədbirin sonunda analara və uşaqlara "Azercell” və "MGM Production” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, "SupermaM” qrupu 2014-cü ilin dekabr ayından fəalliyət göstərir və dünyanın müxtəlif nöqtələrində yaşayan 5 ana tərəfindən idarə olunur. Qrupda qadınlara, gələcək analara, uşaqlara aid istənilən mövzular müzakirə olunur, məsləhətlər verilir. Eyni zamanda qrupda təmənnasız olaraq həkimlər analara onlayn rejimdə kömək edirlər.
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol