• $
  • €
  • ₽
  • ₺
  • £

Müğənnilərin düşdüyü qəzada sükan arxasında kim olub? - VİDEO

Müğənnilərin düşdüyü qəzada sükan arxasında kim olub? - VİDEO
05.06.2018 11:31
Müğənnilər Türkan Vəlizadə və Zeynəb Həsəninin düşdüyü avtomobil qəzasının görüntüləri kimi yayılan video əslində başqa hadisənin görüntüləridir. 

Zeynəb Həsəninin prodüseri Səbinə Rəcəblinin BAKU.WS-ə verdiyi açıqlamasında yayılan görüntülərin həmin qəzadan olmadığını bildirdi: 

"Sumqayıtın DTV telekanalının "DTV Maqazin" proqramının sosial şəbəkədə yaydığı video başqa qəzanın görüntüləridir. Düzdür, onlar paylaşımın altında, şərh bölümündə videonun şərti olduğunu qeyd ediblər. Amma bunu sonradan özlərinə yaratdıqları problemdən yayınmaq üçün ediblər. Paylaşılan videoda ağ maşın qırmızı işığdan keçərək qəza şəraiti yaradıb. Türkanla Zeynəbin qəzasında ikinci maşın ümumiyyətlə olmayıb, qırmızı işıqdan keçilməyib. Qəzaya səbəb yolun sürüşkən olması olub. Sürəti yolun sürüşkənliyinə uyğun tənzimləməli idilər. Yolun kənarındakı dirəyə çırpılıblar. Heç bir avtomobillə toqquşmayıb. Əgər belə bir şey olsaydı, toqquşduqları avtomobildəkilərin sağ qalmaları mümkünsüzdür. Ən azından ağır xəsarətlə xəstəxanaya yerləşdirilməliydilər. Belə olduqda sual yaranır; bəs o biri avtomobildəkilər haradadırlar? Niyə onlar haqqında bir məlumat yoxdur?". 
 
 

S.Rəcəbli saxta videonu yayan şəxsdən şikayət edəcəkləri bildirdi: "Yayılan saxta görüntülər internet izləyicilərdə Zeynəb və Türkana qarşı ikrah və nifrət hissi yaradıb. İki gündür sosial şəbəkələrdə yayılan o videoya görə qızları söyürlər. Çünki videonu izləyənlər qəzanın baş verməsində Türkanı və Zeynəbi günahlandırırlar. Yazırlar ki, qızlar guya içkili və ya narkotik maddənin təsiri altında olublar. Əslində isə, o qızlar spirtli içkidən istifadə etmirlər. 10 ildən çoxdur mən o qızları tanıyıram. Zeynəb dindardır, namaz qılır". 

Çox təəssüf edirəm, çox. Həmin video üzündən Türkanla Zeynəbə qarğışlar edirlər. Hətta, "kaş boyunları sınaydı" yazanlar var. Belə bir hadisədən heç kim sığortalanmayıb, xoşagəlməz rəylər yazıb insanların hisslərilə oynamaq insani hərəkət deyil. O qədər insana cavab vermək çətindir. Türkanla Zeynəbin doğmaları öz balalarının hayındadırlar. Bu şər-böhtanlar yığışdırılmalıdır. Olmayan bir şeyi danışmaq günahdır. O videonu yayanlar ən azından bunu düşünsünlər". 
  
Türkan Vəlizadə və Zeynəb Həsəni qəzaya gecə saatlarında düşüblər. Hər kəs qəza zamanı sükan arxasında Türkanın olduğunu düşünsə də, sükan arxasında Zeynəb olub. Həmin gün Türkan öz avtomobilinini götürməyib. Onlar həmin gecə Mirmövsüm Ağanın ziyarətinə gedirdilərmiş. Yağışlı havada yol sürüşkən olduğundan qəza şəraiti yaranıb. Qəza Hövsan yolunda baş verib. Sükan arxasında olan Zeynəb kəməri bağladığı üçün nisbətən az xəsarət alıb. Çoxsaylı ağır xəsarətlər alan Türkanın kəməri bağlamadığı ehtimal edilir. Çünkü onlar aşkar edilərkən Zeynəb sükan arxasında, Türkan isə avtomobildən kənarda uzanmış halda tapılıb. Qəzada Türkan Vəlizadənin çanağı 2 yerdən, ayağı bud hissədən və çiyni, Zeynəb Həsənlinin isə çanağı sınıb. Sənətçilərin hər ikisi aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Türkan Vəlizadə dünən cərrahiyyə əməliyyatı keçirib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol