• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobus sürücüsü: "Sənin başını kəsərəm" - VIDEO

Avtobus sürücüsü: "Sənin başını kəsərəm" - VIDEO
06.06.2018 11:16
"Üç dənə sırokum var, ölüm üstündə yatmışam, sənin başını kəsərəm".

Bu ifadələri ictimai nəqliyyat vasitəsinin sürücüsü işlədir. Hansı ki, o, işə götürülən zaman tələb olunan sənədlərdən biri məhkumluğunun olub- olmaması ilə bağlı arayışdır. Bu sürücü isə telefon danışığında özünün kriminal keçmişini açıq şəkildə dilə gətirir. Elə onun danışıq üslubu özü də kriminal aləmin özü üçün heç də yad olmadığını göstərir.

Görüntülər 66 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. İctimai nəqliyyat sürücülərinin sükan arxasında telefonla danışması qayda pozuntusu olsa da, bu, az qala adi hala çevrilib. Əsas təhlükə isə kriminal keçmişinin olduğunu öz dili ilə etiraf edən, açıq şəkildə hədə-qorxu saçan bir şəxsin sürücü işləməsi isə daha dəhşətli bir faktdır. Belə sürücü ilə sərnişinin mübahisənin nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil.

Məsələyə 66 saylı marşrut xəttinin istifadəçisi olan şirkətin aydınlıq gətirməsini üçün onlara müraciət etdik. Xəttin kolon rəisi Xəqani Əliyev bildirdi ki, Azad Yaqubov adlı həmin sürücü ilə bağlı sərnişinlərindən şikayət gəldiyinə görə işdən azad edilib. Kolon rəisinin sözlərinə görə, işə qəbul zamanı sürücüdən bəzi sənədlər tələb edilir ki, orada sağlmlıq və məhkumluğu nəzərə alınır.

Kolon rəisinin sözündən belə çıxır ki, həmin sürücünün də məhkumluğununu olmaması ilə bağlı arayışı onlara təqdim edilib. Kolon rəisi, sürücünün öz dili ilə hətta adam öldürmə ilə məhkumluğunun olduğunu söyləməsinə də aydınlıq gətirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev qeyd edib ki, əvvəllər məhkum olunan səxsin cəzasını tam çəkəndən sonra sürücü və ya hər hansı bir işdə çalışmasında problem yoxdur. Sürücülərin işə qəbulu daşıyıcı şirkətlər özləri həyata keçirir. Məhkumluqla bağlı arayış adətən ona görə tələb olunur ki, həmin şəxsin əvvəllər qəza törətməyə görə məhkumluluğunun olub-olmaması dəqiqləşdirilsin: "Bu fakt isə daha ciddi məsələləri gündəmə gətirir. Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyat sürücüsü yalnız sükan arxasında avtomobil idarə etmir. Daim sərnişinlərlə ünsiyyətdə olur. Sürücülərlə sərnişinlər arasında tez-tez mübahisəslərin olması isə bizim üçün yad deyil. Görünür, sürücülərin işə götürülməsində psixoloji məqamlara daha ciddi yanaşmaşa ehtiyac var".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol