• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafanın şəkilləri zibil qablarına vuruldu

Fazil Mustafanın şəkilləri zibil qablarına vuruldu
06.06.2018 16:42
İki gün öncə deputat Fazil Mustafanın sosial şəbəkə profilində ilahiyyatçı Hacı Şahin Həsənlinin də yer aldığı videonu paylaşaraq sərt sözlər yazması xeyli inanclını qəzəbləndirib.

Anews.az "minval.info” saytına istinadən xəbər verir ki, bu səbəbdən ölkə dindarları Milli Məclis üzvünü baykot edib, hətta onun karikaturası hazırlanıb. Belə ki, deputat həmçinin dindarlar barədə "mələşirlər” kimi ağır sözlər işlədib.

İnanclılar sosial şəbəkə profillərində Fazil Mustafaya etirazlarını bildiriblər. Bundan əlavə, Rusiyada yaşayan müsəlmanlar deputatın şəkilləri zibil qablarının üzərinə vurub.

İlahiyyatçı Hacı Şahin Həsənli də öz növbəsində onun bütün dediklərinə geniş məqalə yazıb. O, deputatın İmam Hüseynə ağlamaq və mərsiyə oxumaq barədə qeyd etdiklərinə dəlil və sübutlarla cavab verməyə hazır olduğunu bildirib.

Təhsili və işləri ilə bağlı bir çox Avropa ölkələrində olan gənc fəal Ağa Meydiyev sosial şəbəkə hesabında təkcə ilahiyyatçını deyil, bir növ dini və dindarları müdafiə edəcək paylaşımı ilə diqqət çəkib. O, xristian dininə mənsub olan avropalı iş adamı ilə birgə Hacı Şahin Həsənlilə görüşündən söhbət açıb:

"2018-ci ilin əvvəlində Almaniyada və dünyada olduqca məşhur olan şirkətlərdən birinin işçisi, Azərbaycanda səfərdə oldu. Ən azı 50-dən çox ölkəyə səfər etmiş , iş təcrübəsi 2o ildən çox olan həmin şəxsə Hacı Şahin Həsənli barədə məlumat vermişdim. Onunla görüşmək istədi. Gərgin olmaqla yanaşı məhsuldar fəaliyyəti olan Hacı Şahin dəyərli vaxtını bizə ayırdı. Görüşdük, danışdıq. Cümə günü isə "Məşədi Dadaş” məscidində qonaq oldu, çıxışı ingilis dilinə elə orada ona tərcümə edirdim”.

A.Mehdiyev daha sonra avropalı qonağın ilahiyyatçı barədə təəssüratlarını bölüşüb:

"Olduqca intellektual, mənəvi, dünyagörüşlü şəxsdir. Belə xarizmatik, faydalı insanlar dünyada çox azdır. Ona sevgim, hörmətim var. Şahin Həsənlini tanımağa çox məmnun oldum”.

Gənc fəal daha sonra bildirib ki, bu görüşdən sonra həmin iş adamı görüşdən sonra İmam Hüseyn ziyarətinə getmək istəyib.

Xatırladaq ki, Ağa Mehdiyev 3 il öncə Fransa nəşrlərindən birində İslam peyğəmbərinin karikaturası çəkildiyi üçün terror hadisəsi olduqdan sonra ictimaiyyətin böyük marağına səbəb olacaq addım atıb. O, müsəlmanlar terrorçuluqda günahlandırılan zamanda bütün deyilənlərin üstündən xətt çəkib. Belə ki, A.Mehdiyev dostu ilə birgə şəhərin mərkəzində yerləşən xristian kilsələrindən birinə gedən yolun üzərindəki qarı təmizləyiblər. Bununla onlar İslam dininin sülh dini olduğunu cəmiyyətə çatdırmaq istəyiblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol