• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan döyüşünün təfərrüatları

Naxçıvan döyüşünün təfərrüatları
06.06.2018 21:42
Ermənistanda qədim Azərbaycan torpağı Naxçıvanla bağlı iddialar yenidən gündəmə gəlib. Türkiyənin Rusiyadan "S-400” havadan müdafiə sisitemi almasını həzm edə bilməyən Vaşinqton Ankaraya yeni təhdid mesajı göndərib. Ukraynada Rusiyanın Azov dənizində müharibəyə hazırlaşdığını iddia edirlər. İranyönlü qüvvələr və "Hizbullah” ölkənin ərazi bütövlüyü bərpa olunana kimi Suriyadan çıxmayacaqlar.
Bir müddət öncə Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində işğalçı ermənilərə ağır zərbə vurduğu və bir neçə strateji yüksəklikləri azad etməsi haqqında məlumatlar yayıldı. Bu xəbər rəsmi təsdiqini tapmasa da, sosial şəbəkələrdə azad edilmiş hündürlüklərin fotosunun yayılması ehtimalları artırdı. Xüsusilə bu fotoların Ermənistan mediası tərəfindən yayılması diqqət çəkdi.
Rusiyanın "Rosbalt” agentliyi Naxçıvan cəbhəsində baş verənləri və Qarabağ münaqişəsi ətrafında cərəyan edən prosesləri araşdırıb.
Agentlik yazır ki, Bakı və İrəvan bu haqda sussa da, yayılan fotolar həqiqətən də Azərbaycan Ordusunun 3 strateji hündürlüyü azad etdiyini deməyə əsas verir.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və Tiflisdə baş verən aksiyaların arxasında ABŞ dayanır. Bu iddia ilə "politikus” saytı çıxış edib.
Sayt yazır ki, Vaşinqton Azərbaycanın "Cənub qaz dəhlizi” layihəsinə xüsusi önəm verir: "Amerikalılar gələcəkdə bu layihəni genişləndirmək və Ermənistanı da bu layihəyə qoşmağı planlaşdırır. Bunun üçün Dağlıq Qarabağ münaqişəsini həll etmək və yalnız bundan sonra qazın Ermənistan ərazisindən çıxarılması mümkün ola bilər. Bu məqsədlə ABŞ Cənubi Qafqazda vəziyyəti nəzarətdən çıxarır. Gürcüstandakı aksiyalar da əslində son vaxtlar Rusiya ilə münasibətləri yoluna qoymaq istəyən hakimiyyətin dəyişməsinə hesablanıb”.
Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağ ABŞ-a iki səbəbə görə mane olur.
"Birincisi, oradakı rejim Rusiyaya dost münasibəti bəsləyən "Qarabağ klanı”na bağlıdır. İkincisi, bu münaqişə Rusiyadan yan keçərək Avropaya qaz daşınmasına mane olur. Hesab etmək olar ki, Vaşinqton Rusiya sərhədlərində "gərginlik qövsü” yaratmaqla hədəfinə nail olmaq istəyir”, - deyə sayt vurğulayıb.
Ermənistanda qədim Azərbaycan torpağı Naxçıvanla bağlı iddialar yenidən gündəmə gəlib. Erməni politoloq Levon Şirinyan bir az da irəli gedərək, bu il ərzində Naxçıvanı Ermənistan ərazisinə qatacaqlarını iddia edib.
"Biz bu il Naxçıvan məsələsini bağlayacağıq. Birincisi, siyasi-hüquqi mənada. Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın "erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”, - deyə o bildirib.
Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sisitemi almasını həzm edə bilməyən ABŞ qardaş ölkəyə yeni təhdid mesajı göndərib. Donald Tramp administrasiyası Türkiyəni hərbi layihələrdən kənarlaşdırmaqla təhdid edib.
İranyönlü qüvvələr və Hizbullah Suriyadan terrorizm sona çatana və ölkənin ərazi bütövlüyü bərpa olunana qədər getməyəcək. Bunu "RİA Novosti”agentliyinə açıqlamasında Livan parlamentinin spikeri Nabih Berri deyib. Onun sözlərinə görə, İrana bağlı olan qüvvələr Suriyada rəsmi Dəməşqin xahişi ilə döyüşürlər.
O, ABŞ-ın Suriyadan Hizbullahı çıxması barədə tələbinin leqal olmadığını deyib.
Rusiyanın Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələri Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb.Müdafiə naziri bu haqda MDB dövlətlərin müdafiə nazirlərinin iclasında bildirib.
"Bu gün Suriya ərazisinin çox hissəsi döyüşçülərdən azad edilib, qalan terrorçularla silahların toplanması üzrə danışıqlar gedir. Psevdoxilafətin yaranması planlarının qarşısı alınıb. Siyasi nizama salınma və vahid, bölünməz dövlət kimi Suriyanın dirçəlişi üçün bütün şərait yaradılıb”, - o deyib.
"MDB ölkələri ümumi çağırışlar və təhlükələr, hər şeydən əvvəl beynəlxalq terrorizmlə qarşılaşır”. Bu haqda Müstəqil Dövlət Birliyininə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin şura iclasını açan Rusiyanın Müdafiə Nazirliyinin başçısı Seygey Şoyqu bildirib.
"Olduqca simvolikdir ki, qonşu dövlətlərin müdafiə nazirlərinin iclası Asiyanın coğrafi mərkəzində Kızılda (Rusiyanın Tuva Respublikasının paytaxtı –red.) keçirilir. Birgə sərhədlər və tarixi əlaqələrin ümumiliyi bizə ən aktual mövzular üzrə danışıqlar aparmağa imkan verir”, - nazir deyib.
O vurğulayıb, ümumi prioritetlər - mehribanlıq, qarşılıqlı sərfəli əməkdaşlıq və regional sabitlik MDB üzrə partnyorları birləşdirir: "Ümumi çağırışlar və təhlükələr, ilk növbədə beynəlxalq terrorizm bizə qarşı dayanır. Son vaxtın hadisələri bunu əyani təsdiq edir”.
ABŞ-ın İrana qarşı sanksiyaları yalnız artacaq. Bunu Demokratiyanın Müdafiəsi Fondunda çıxışı zamanı ABŞ Maliyyə nazirinin müavini Siqal Mandelker deyib. Onun sözlərinə görə, İran öz davranışlarını dəyişməlidir:
"Bizim sanksiyaların yalnız artacaq və daha ağrılı olacaq. İran kursunu dəyişməlidir. ABŞ-ın bütün tərəfdaşları birləşərək İrana qarşı sanksiyalara qatılmalıdırlar. Hər kəsi əlavə addım atmasıyla bağlı xəbərdar edirəm”.
"Müstəqil Dövlətlər Birliyi "rəngli inqilablar”ın ixracı cəhdlərinə və stabilliyi pozan amillərə reaksiya göstərmənin yeni birgə mexanizmlərini formalaşdırılmalıdır”.Bunu Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.
"Qərb ölkələrində Rusiyanın təcavüzkar hərəkətləri ilə əlaqədar ümumavropa müharibəsinə ciddi baxılır”. Bu haqda "Apostrof” nəşrinə Rusiyanın hərbi eksperti və publisisti Pavel Felqenqauer yazıb.
Onun sözlərinə görə, real planlaşdırma gedir və istənilən vaxt ən kiçik hadisəyə görə müharibə başlaya bilər. Hərbi ekspert qeyd edib ki, belə müharibədə yalnız NATO ölkələri iştirak etməyəcək, çünki Baltikyanı ölkələrdə müharibə halında İsveç NATO-nun tərəfində vuruşacaq. O, Finlandiyanın Rusiyaya qarşı vuruşacağını da istisna etmir.
Rusiya Azov dənizində müharibəyə hazırlaşır. Bunu "BlackSeaNews” nəşrinin baş redaktoru, hərbi ekspert Andrey Klimenko bildirib.
O əmindir ki, regionda münaqişə yetişir. Klimenkonun sözlərinə görə, Rusiya Azov dənizinə 12 gəmi göndərib və bunlardan 6-sı Xəzər donanmasında olan artilleriya katerləridir.
"Onlardan üçü artıq Kerçə gəlib. Bizim məlumatlarımıza görə, daha 3 gəmi Temryuk ərazisində yerləşdirilib. Digərləri isə "Serna” tipli kiçik desant gəmiləridir. Bunların içində bir tank və 30 desantçını yerləşdirmək mümkündür”, - o deyib.
Klimenko vurğulayıb ki, Rusiya regionda böyük miqdarda quru qoşununa malikdir.
"Rusiya Donbasda kiçik qələbə qazandıracaq müharibəni yarada bilər. Cəbhədə məğlubiyyət indiki hakimiyyətin perspektivlərinə zərbə vuracaq. Məğlubiyyət demək olar ki, indiki hakimiyyətin davam etdirilməsinin üstündən xətt çəkəcək”.Bunu "İnformasiya müqaviməti” qrupunun koordinatoru Konstantin Maşoves "Apostrof” nəşrinə müsahibəsində deyib.
"Rusiya tamamilə buna gedə bilər, amma eskalasiyanın nəticələrini qiymətləndirmək lazımdır. Əgər Rusiya qarşıya böyük hədəflər qoyarsa, onda beynəlxalq cəmiyyət müdaxilə edəcək və bu, Rusiya üçün kifayət qədər acınacaqlı nəticələnə bilər”, - o bildirib.
Hərbi jurnalist qeyd edir ki, Rusiya Donbasda hər hansı qəsəbəni və ya şəhərciyi ələ keçirməyə çalışa bilər.
(publika.az)
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol