• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda işıqlandırılmış piyada keçidləri quraşdırıldı - Fotolar

Bakıda işıqlandırılmış piyada keçidləri quraşdırıldı - Fotolar
25.11.2014 17:42
Yenilik piyadaların və sürücülərin işini asanlaşdıracaq.Bakıda xüsusi işıqlandırma ilə təchiz olunmuş piyada keçidi quraşdırılıb.ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, hələ ki test rejimində çalışan xüsusi işıqlandırılmış piyada keçidi Murtuza Muxtarov küçəsi ilə Nigar Rəfibəyli küçəsi kəsişməsində tətbiq olunub. Piyada keçidinin üzərində iki cür - yaşıl və qırmızı - rəngli işıqlar quraşdırılıb: Yaşıl rəngli işıq  piyada zolağının üzərində quraşdırılıb. Qırmızı rəngli işıq isə sürücülərin avtomobilləri dayandırıb, piyadaya yol vermək üçün “stop xətt”dir. Piyada keçidinin yanında isə günəş enerjisi ilə işləyən yol nişanları quraşdırılıb. Həmin yol nişanlarının üzərində günəş panelləri quraşdırılıb. Gün ərzində günəş panelləri gün şüasını elektrik enerjisinə çevirir. Nəticədə alınan elektrik enerjisi yol nişanının və piyada keçidinin üzərində olan müxtəlif rəngli işıqların gecə ərzində yanmasına səbəb olur. Gecə saatlarında qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yol kənarlarında olan həmin piyada keçidlərinə baxıb hərəkəti tənzimləyir.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Oxu.Az-a açıqlamasında gecə saatlarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinin bu tip piyada keçidlərini daha yaxşı gördüklərini söyləyib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol