• $
  • €
  • ₽
  • ₺
  • £

Efirdə növbəti biabırçılıq

Efirdə növbəti biabırçılıq
08.06.2018 10:28
ARB TV-də yayımlanan "Sirdaş Rövşanə” proqramında böyük bir qalmaqal yaşanıb.  "Qafqazinfo” xəbər verir ki, Rövşanə Ağasəfqızının aparıcılıq etdiyi verilişdə məşqçi Taleh Qəhrəmanovla rəqqasə Simona Əmir arasında əlbəyaxa dava olub. 

Buna səbəb isə rəqqasənin çıxışı zamanı məşqçi qulaqcıq taxaraq mahnıya qulaq asması olub.  O, oriyental rəqsi bəyənmədiyini, Simonaya baxmaq istəmədiyini bildirib. 

Rəqqasə isə Talehin tərbiyəsiz olduğunu söyləyib. Onun bu addımı Talehi özündən çıxarıb və Simonun üstünə suyu töküb. Bu isə tərəflər arasında davaya səbəb olub. 

Həmin kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.  Hər kəs qonaqlardan çox aparıcı Rövşanəni tənqid edib. Özünü hər dəfə filologiya elmləri namizədi kimi təqdim edən aparıcının efirdə süni şou yaratması, reytinq üçün qonaqlar arasında münaqişəyə yol verməsi izləyiciləri əsəbiləşdirib. 

Tez-tez müsahibələrində peşəkarlıqdan bəhs edən Rövşanə proqramının son buraxılışlarını bayağı qalmaqal üzərində qurub. 

Çoxlarının tanımadığı, ancaq qalmaqallarına görə gündəmə gələn "məşhur”ları efirə çıxararaq reytinq yığan məşhur hər dəfə mediada və sosial şəbəkələrdə sərt tənqid olunur. Ağasəfqızı isə reaksiyalardan nəinki nəticə çıxarır, səbəb olduğu süni şou ilə tamaşaçıları daha da təəcübləndirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol