• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-nun kafedra müdirindən ciddi səhv - VIDEO

BDU-nun kafedra müdirindən ciddi səhv - VIDEO
08.06.2018 13:00
Bakı Dövlət Universitetinin kafedra müdirinin böyük bir konfransdakı çıxışı tənqidlərə səbəb olub. "Qafqazinfo”nun verdiyi xəbərə görə, professor Məhəbbət Dəmirçiyeva Rusiyada, Anapa kurortunda mediasiya üzrə konfransda çıxış edib. O, mediasiyadan, yəni istehlakçı hüquqlarının məhkəməyəqədər qorunmasından danışmaq əvəzində tamamilə uzaq mövzulardan söhbət açıb. Çıxışının əvvəlində bir neçə dəqiq özü haqda məlumat verib. Daha sonra qısa olaraq Azərbaycanda mediasiya instututunun olmadığını bildirib.

M.Dəmirçiyeva çıxışında davamında boşanmalardan, ailə-uşaq münasibətlərindən, əcnəbi vətəndaşların Azərbaycan internatlarından uşaq himayəyə götürməsindən, yaşlı insanların qocalar evlərinə verilməsindən danışıb. 

Vəkil Əkrəm Həsənov qeyd edib ki, M.Dəmirçiyeva konfransdakı çıxışında namizədlik və doktorluq disstertasiyasını Moskva şəhərində müdafiə etdiyini desə də, universitetin saytında onun Tbilisidə müdafiə etdiyi qeyd edilib: "Belə əsaslandırmağa çalışır ki, Azərbaycanda mediasiya məlum deyil. Heç olmasa prezidentin 2016-cı ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə baxardı, axı orada mediasiyanın inkişaf tədbirləri nəzərdə tutulub.

Özü də rusca çox pis danışır. Əlbəttə, dili bilməmək qəbahət deyil. Lakin o boyda universitetdə dili bilən tapılmadı ki, bunu göndəriblər? İndi konfrans kurort şəhərində keçirilir deyə mütləq kafedra müdiri getməli idi?”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol