Əliqabarlı 6 xanımımız Brüsseldə

Azərbaycanın müxtəlif bölgələrindən olan 6 qadın fermer Brüsseldə "Avropa inkişaf günləri”ndə təqdimatla çıxış edib.
Kənd Təsərrüfatə Nazirliyindən Axar.az-a verilən məlumata görə, fermerlərimizin çıxışı "Kənd yerlərində qadınlar və inkişaf” panelində dinlənilib. Dünya Bankının, Avropa Parlamentinin, dünyanın məşhur maliyyə və texnologiya şirkətləri rəhbərlərinin, inkişaf üzrə ekspertlərin çıxış etdiyi tədbirdə kənd qadınlarının müasir dünyada yeri, biznes imkanları, onlara lazım olan dəstəklər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycanda kənd yerlərində qadın inkişaf qrupları Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində yaradılır. İlk qrup bu ilin martında Masallı rayonunun Çaxırlı kəndində yaradılıb, hazırda 7 qadın qrupu fəaliyyətə başlayıb və bu qrupların sayı artmaqdadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























