• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan BMT-nin Komitəsinə üzv seçilib

Azərbaycan BMT-nin Komitəsinə üzv seçilib
08.06.2018 17:00
İyunun 7-də Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya tərəf dövlətlərin 20-ci iclası zamanı BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) üzvlüyünə seçkilər keçirilib.
 
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin apardığı təbliğat-təşviqat fəaliyyəti nəticəsində Azərbaycanın namizədi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi 143 dövlətin səsini əldə edərək 2019-2022-ci illər üzrə Komitəyə üzv seçilib.

Komitədə mövcud olan 12 vakant yerə 16 dövlətin nümayəndəsinin namizədliyi irəli sürülmüşdü (Azərbaycan, Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Əlcəzair, Monteneqro, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan, Toqo, Əfqanıstan və Burkina Faso).

Seçilmək üçün Konvensiyaya üzv dövlətlərin ən azı üçdə ikisinin, yəni 126 dövlətin səsi tələb olunduğu halda Azərbaycan Respublikasının namizədinə 143 dövlət səs verib.

Komitənin üzvləri qadın hüquqları sahəsində ixtisaslaşan və Konvensiyanın tərəf dövlətləri tərəfindən gizli səsvermə yolu ilə 4 illik müddətə seçilən 23 müstəqil ekspertdən ibarətdir.

Azərbaycan Respublikasının namizədini dəstəkləyən bütün üzv dövlətlərə təşəkkürümüzü ifadə edirik. Azərbaycan Respublikasının namizədinin böyük səs çoxluğu ilə sözügedən komitəyə seçilməsi üzv dövlətlər tərəfindən ölkəmizə olan yüksək etimadın göstəricisidir.

Komitəyə Azərbaycanla bərabər nümayəndələri seçilmiş Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan və Burkina Fasonu təbrik edirik.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyanın yerinə yetirilməsi vəziyyətinin monitorinqini həyata keçirir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol