ReAL-ın daha bir üzvü həbs edildi

Yasamal Rayon Məhkəməsinin qərarı ilə "ReAl” hərəkatının fəalı Anar Məmmədov 10 sutkalıq həbs cəzasına məhkum edilib.
Anews.az "Turan”a istinadən xəbər verir ki, o, polisə tabe olmamaqda ittiham edilir.
Müxalifətçinin qohumları hesab edirlər ki, həbsin əsl səbəbi A.Məmmədovun mayın 28-də Bakı küçələrində AXC-nin 100 illiyi münasibətilə yürüşdə iştirak etməsidir.
Bundan öncə "ReAl”ın daha dörd fəalı 25 və 30 sutka müddətinə həbs olunublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























