• $
  • €
  • ₽
  • ₺
  • £

Cənnət, cəhənnəm və Bakı arasında 8 qapı: Paranormal xəstəxana… – Video

Cənnət, cəhənnəm və Bakı arasında 8 qapı: Paranormal xəstəxana… – Video
08.06.2018 21:35
Dünyada olduqca sirli, anlamı izah olunmayan hadisələr və məkanlar var.
"Ölkə.Az”ın "İkibaşlı” komandası bu tip maraqlı, sirli, mistik və bir o qədər də paranormal hadisələri özündə birləşdirən məkanları aşkara çıxarmağa qərar verdi.
Məqsədimiz sözügedən məkanları axtarıb tapmaq və həmin məkanlarda çəkilişlər etmək, yaşanan bütün qəribə hadisələri sizə olduğu kimi göstərməkdir.
Yolumuzu ilk olaraq Bakının Maştağa kəndinə saldıq. Eşitdiklərimizi öz gözümüzlə görmək üçün bir də qərar verdik ki, kameramızın gözündən də istifadə edək və siz də şahid olun.
Sözügedən kənddə "Səkkiz qapı” deyilən bir yer var. O yer ki, oraya bir qism insanlar inanc yeri, şəfa mənbəyi kimi baxırlar. Ən maraqlısı isə oradakı səkkiz qapıdan keçdikdən sonra "Cənnət”ə düşəcəklərini ehtimal edənlər də var. Amma təkcə səkkiz qapını keçməklə iş bitmir. Əsas məsələ, sonuncu qapıdan çıxarkən yaşlı bir kişinin "qılınc”ı dəmirə var gücü ilə vurmasından qorxub-qorxmamaqdır. Əgər sonda qorxsanız cənnətə, qorxmasanız isə cəhənnəmə düşəcəksiniz. Söz yox ki, buraya yalnız "Cənnət eşq”i ilə yox, qorxuluqlarını götüzdürmək (çıldaq) məqsədiilə gələnlər də var. Biz də bu qapılardan keçdik. Sadəcə, keçdik. Bircə onu deyə bilərik ki, bu qapıların sayı nə yaxşı ki, səkkizdir. Məlikməmmədin nağılındakı kimi qırx deyil. Əsas siz siz olun doğru qapılardan istifadə edin ki, istədiyiniz mənzilə çatasınız. Əks təqdirdə bəzən bu cür qapılardan fırlanaraq keçib elə olduğunuz yerdə dairə çəkəcəksiniz. Biz də bu qapılardan aralaşıb digər qapıya üz tutduq.
Getdiyimiz növbəti məkanın isə düzdür, qapısı olmasa da 10 ildən çoxdur tərk edilib. Tarixi çox qədim olan bu bomboş məkan əvvəllər xəstəxana kimi fəaliyyət göstərib. Deyilənlərə görə, bu xəstəxananın tikintisi zamanı sökülmüş məscidin daşlarından istifadə olunub. Hətta bəzi sakinlər zaman-zaman gecələr buradan qəribə səslər gəldiyini deyirlər. Bunun nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün havanın qaralmağını gözlədik. Axşam azanından sonra boş divarlardan ibarət binaya daxil olduq. İllərdir ki, adam nəfəsi dəyməyən divarlar elə bil üstümüzə gəlirdi. Gördüklərimiz bizi həm təəccüblədirdi, həm də heyrətləndirdi. Diqqətlə izləməyiniz tövsiyə olunur.
Beləliklə, hər iki sirli məkanda gördüklərimiz və çəkdiklərimizi sizə təqdim edirik:

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol