• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı küçələrində GTA: Polislər sürücü ilə bacarmadılar - VİDEO

Bakı küçələrində GTA: Polislər sürücü ilə bacarmadılar - VİDEO
09.06.2018 20:02
Ötən gün paytaxtın Yasamal rayonu ərazisində "Chevrolet Camaro” markalı 10 AZ 919 dövlət nişanlı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozaraq digər yol-hərəkət iştirakçıları həyatını riskə atıb.

oxu.az-ın xəbərinə görə, hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Kadrlardan da aydın görünür ki, yol polisi və post-patrul xidmətinin əməkdaşları avtomobili saxlamaq üçün Tbilisi prospektində süni sıxlıq yaradıblar.

Lakin sürücü polisin əmrinə tabe olmayıb və hadisə yerində qaçmağa müvəffəq olub.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsi Abşeron rayonu ərazisində saxlanılıb.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Avtomobilin sürüsü 1984-cü il təvəllüdlü İmişli rayonu V.Həsənov küçəsi ev 152 ünvanında qeydiyyatda olan Hümbətov Elçin Məcnun oğlu məsuliyyətə cəlb edilib.

Hadisə törətdiyini etiraf edən E.Hümbətov izahatında qeyd edib ki, yol polisinin əmrindən sonra nədənsə avtomobili saxlamayıb və sonradan saxlayacağı təqdirdə ağır cəza ilə üzləşəcəyindən qorxub:

"İkinci işarədən sonra fikirləşdim ki, saxlasam daha ağır cəza olacaq. Düşündüm ki, qaçsam daha yaxşı olar. Onların süni sıxlıq yaratmasına baxmayaraq yalnız polisin əlinə düşməməyi fikirləşirdim, nəyin bahasına olursa buna nail olmalı idim”.

E.Hümbətov törətdiyi əməldən peşman olduğunu bildirib:

"Mən bunu etdim, ancaq çox təəssüf edirəm, gərək etməzdim”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol