• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcə təşkilatlarının işçilərinə şad xəbər

Büdcə təşkilatlarının işçilərinə şad xəbər
29.05.2020 05:58
Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəli yeni redaksiyada təsdiq edib.
Anews.az-ın APA-ya istrinadən məlumatına görə, qərara əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,55 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,75 manat ödəniləcək.
İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 4,85 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,50 manat ödənilib.
Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,10 manat ödəniləcək.
İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,75 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,80 manat ödənilib.
Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 7,65 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 5,35 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,55 manat ödəniləcək.
İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,95 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,85 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,20 manat ödənilib.
Qərara əsasən əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol