14 yaşlı qız özünü binadan atdı

Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.
Anews.az report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib.
2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.
Belə olduqda F.Talıbova özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.Talıbova avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























