Cavidan: Hüseyn, adam heç atasının kürəyindən belə xəncərlə vurar? - VİDEO

Aktyor Cavidan Novruz vayner Hüseyn Əzizoğlunun müğənni Abbas Bağırovu "Maşın" realiti şoudan kənarlaşdırmasına iradını bildirib.
BAKU.WS xəbər verir ki, Cavidan Hüseynə ünvanladığı ürək sözlərini video şəklində sosial şəbəkədə paylaşıb:
"Sən yenə də yanlış hədəf seçdin! Abbas getməməli idi, Pərvin də! Mən yarışmadan çıxan günü şokda idim. Özüm də gözləmirdim. Amma bu gün daha çox şoka düşdüm. Hüseyn Əzizoğlu, heç yadımdan çıxmaz, bir dəfə oteldə Roza xanıma dedin ki, "Mama, papa bayıra siqaret çəkməyə çıxır, icazə verirsən mən də papayla çıxım?" Sən bunu deyən adamsan. Adam heç atasının kürəyindən belə xəncərlə vurar? Niyə Abbası çıxartdın? Sən ona ata kimi baxırdın axı? çıxartdın? Mənim üçün də "Getsin"ə imkanlı dostlarından səs istəyən xanım, bu gün sənə dəstək oldu. İnan mənə ki, sabah da onun qurbanı sən olacaqsan".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























