Məhkum olunmuş şəxslər sürücü işləyə bilərmi? – Rəsmi cavab

Məhkumluğu olan şəxs cəzasını çəkib cəmiyyətə inteqrasiya olunmalıdır. Məhkum olan şəxs sürücü kimi fəaliyyət göstərməsin deyə bir məsələ yoxdur. Hər kəsə fərdi yanaşılmalı, onun törətdiyi əmələ baxılmalıdır. Məhkum olunmuş şəxslər də sürücü işləyə bilər.
Report xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, əgər bir şəxs sərxoş halda qəza törədib və çoxlu sayda insanın ölümünə səbəb olubsa, bunu iki dəfə edibsə həmin şəxsin 3-cü dəfə avtobus sürücüsü işləməsi məqsədəuyğun deyil: "Həmin şəxs nəqliyyat sistemində, istehsalat bazasında işləyə bilər, sükan arxasında isə əyləşə bilməz ".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























