• $
  • €
  • ₽
  • ₺
  • £

Tibb Universitetində yeni şöbə açılacaq

Tibb Universitetində yeni şöbə açılacaq
25.11.2014 15:03
Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatları icra olunacaq şöbə fəaliyyətə başlayacaqdır.

Bu haqda bu gün ATU-da, Türkiyədəki Amerikan Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub.  ANN.Az “Report”a istinadən xəbər verir ki, bu haqda məlumat ATU-nun mətbuat xidmətindən bildirilib. ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, bu mövzu hazırda ölkədə gündəmdədir və süni mayalanma yolu ilə övlad sahibi olmaq arzusunda olan ailələr çoxdur. Türkiyədən gələn nümayəndə heyətinin rəhbəri, prof. Dr. Bülent Urman ATU-da yalnız tüp bebek (süni mayalanma) əməliyyatlarının keçirilməsi yox, həm də tədris sistemində iştirak etmək istəklərini açıqlayıb.

Türkiyəli professorlar tərəfindən doğuşla bağlı mütəxəssislərin rezidentlərə mühazirə söyləməsi haqqında təklif də səsləndirilib. Görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2015-ci ilin əvvəlindən etibarən süni mayalanma şöbəsinin yaradılması haqda ilkin razılıq əldə olunub. Qonaqlar artıq klinikadakı şəraitlə tanış olduqlarını, burada yüksək keyfiyyətli əməliyyatların aparılması üçün hər cür şərait olduğunu vurğulayıblar. İki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair sazişin hazırlanması qərara alınıb. Görüşdə həmçinin ATU-nun Tədris Cərrahiyyə klinikasının direktoru Hacıqulu Bağırov, klinikanın baş həkimi Asiman Həsənov, ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov da iştirak ediblər.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol