• $
  • €
  • ₽
  • ₺
  • £

General jurnalisti ağır formada təhqir etdi – AUDİO

General jurnalisti ağır formada təhqir etdi – AUDİO
11.06.2018 16:38
Xəbər verdiyimiz kimi, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Anews.az Bizim yol-a istinadən xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Xəbərdə Nəciməddin Əliyevin kimliyi ilə bağlı Unikal.org saytı məlumat yayıb. Sayt onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı olduğunu yazıb.

Məsələ ilə bağlı Bizim Yol-un əmkdaşı Əli Cahangiroğlu DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevlə əlaqə saxlayıb. O əməkdaşımıza bu barədə açıqlama vermək və verməmək əvəzinə onu ağır söyüşlərlə təhqir etmiş, general adına yaraşmayan halda ağır söyüş, təhqirlərini təkrar-təkrar ifadə etmişdir.

Genaral-mayor Ərziman Əliyev KİV-haqda qanunlardan xəbərsiz olduğu kimi, görünür insanları söyməyin, təhqir etməyin də cinayət olduğunu unudub.

Qeyd edək ki, Ərziman Əliyev 2004-2007-ci illərdə Qubanın icra başçısı olub.Ondan əvvəl Göyçay rayon Polis rəisi işləyən Ərziman Əliyev qohumu Ziya Məmmədovun köməkliyi ilə Qubaya icra başçısı gətirilib.Daha sonra işində yol verdiyi nöqsanlara görə Prezident tərəfindən vəzifəsindən azad olunan Əliyev bir qədər sonra hansısa sirli qüvvənin köməkliyi ilə DİN-nin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib. Polis general-mayorudur.

Bizim Yol bütün oxuculardan üzr istəyərək həmin açıqlamanın audio yazısını sizə təqdim edir:

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol