Uşaqlara işgəncə verilən bağçadan - AÇIQLAMA + VİDEO

"Kids Studio” uşaqlara işgəncə verilməsi faktlarının əks olunduğu video barədə məlumat verib.
"Kids Studio”dan Oxu.Az-a bildirilib ki, müəllim uşağa işgəncə verməyib:
"Sadəcə, silkələyib. Görüntü sürətli kadrla verildiyi üçün müəllimin uşağa qarşı rəftarı daha da aqressiv görünür. Həmin müəllim artıq işdən çıxarılıb”.
Bağçadan qeyd edilib ki, videonu bağçanın işçisi yayıb:
"Həmin görüntüləri bağçadan oğurluq etdiyi üçün işdən çıxarılan resepşndakı qız qəsdən yayıb. Onda adminin parolu var və videonu götürə bilib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























