• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məscidlərə qaz verilməyəcək - RƏSMİ

Bu məscidlərə qaz verilməyəcək - RƏSMİ
25.11.2014 14:09
“Qaz xətləri çəkilməyən, sayğac quraşdırılmayan və müvafiq qeydiyyatdan keçməsi ilə bağlı sənədlər təqdim etməyən məscidlərə qaz verilməyəcək”. Bunu AzNews.az-a “Azəriqaz” ASC-nin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı İbrahim Kərbalayev deyib. O, bildirib ki, bu ilin noyabr ayının 1-də qeyri-əhali sektoru üzrə 259 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb. Onun sözlərinə görə, 2013-cü il ərzində məbəd və ziyarət yerlərinin istifadə etdikləri qazın orta illik sərfiyyatı 1953 kubmetr olmasına baxamayaraq hal-hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5000 kubmetr limit tətbiq olunması qərara alınıb. ASC rəsmisi onu da bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və Azərbaycan Dövlət Neft Şirkətinin Şurasının qərarına əsasən məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub:“Gələcəkdə təbii qazdan istifadə etmək üçün Azəriqaz İstehsalat Birliyinə müraciət edən İslam Dini təyinatlı ibadət, digər konvensiyalara məxsus ziyarət yerlərinə öz vəsaitləri hesabına layihə smeta səbədləri əsasında qaz xətləri çəkilib, sayğac quraşdırıldıqdan və müvafiq qeydiyyatdan keçməsi ilə bağlı sənədlər təqdim etdikdən sonra nəzərdə tutulmuş limit tətbiq olunacaq. Bunu da qeyd edək ki, 1 noyabr 2014-cü ildə qeyri-əhali sektoru üzrə 259 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb”-deyə İbrahim Kərbalayev bildirib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol