• $
  • €
  • ₽
  • ₺
  • £

Sel bu dəfə Şamaxını “vurdu”

Sel bu dəfə Şamaxını “vurdu”
12.06.2018 00:39
İki gündür Şamaxıya yağan  güclü leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub. Sel suları qəflətən yolu basaraq orada böyük gölün əmələ gəlməsinə səbəb olub.
 
 APA xəbərinə görə, çökək ərazidən keçən yol və oradakı avtomobil körpüsünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşıb.
 
Sürücülərin sözlərinə görə, hər dəfə rayona güclü leysan yağışları yağanda kəndin  körpüsünü su basaraq yolu bağlayır, avtomobillər saatlarla yolda qalır. Sakinlərin sözlərinə görə qəfildən gələn sel suları  piyadalara və iri və xırda buynuzlu heyvanlar üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, mühərriki sıradan çıxan avtomobillər suyun ortasında qalıb. Mədrəsə kəndindən rayon mərkəzinə sərnişin daşıyan avtobus da mühərriki sıradan çıxdığı üçün suyun ortasında qalıb.
Avtobusda olan sərnişinlər bir saat suyun ortasında gözləməli olub. Kənd sakinləri tərəfindən əraziyə çağırılan texnika vasitəsi ilə avtobus sudan çıxarılıb, sərnişinlər başqa avtomobillərlə yola salınıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol