• $
  • €
  • ₽
  • ₺
  • £

Nuşirəvan Məhərrəmlidən elm adamlarına ittiham

Nuşirəvan Məhərrəmlidən elm adamlarına ittiham
25.11.2014 12:20

Azərbaycan televiziya məkanında ədəbi dilin normalarının pozulmasında bəzən Azərbaycan ziyalılarının və elm adamlarınında rolu var.

Trend-in məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri barədə keçirilən mətbuat konfransında deyib.

N.Məhərrəmli qeyd edib ki, bəzən televiziya kanallarında efirə dəvət olunan elm xadimləri, sənət adamları öz fikirlərini Azərbaycan dilində deyə bilmir: "Bu, bizi çox narahat edir. Lakin əvvəlki monitorinqlərin nəticələri ilə müqayisədə ədəbi dil normalarının pozulması halları azalıb".MTRŞ sədri bəzən televiziya kanallarında müxtəlif ləhcələrlə danışılması məsələsinə də toxunub. O, qeyd edib ki, bəzən aparıcılar müxtəlif regiona xas olan dialektlə danışırlar: "Ancaq Azərbaycanın vahid dil forması mövcuddur, bunu orta məktəblərdə öyrədirlər. Biz bu problemin aradan qaldırılması istiqamətində daim monitorinqlər aparırıq və artıq müsbət nəticələr əldə olunur".N.Məhərrəmli həmçinin bildirib ki, televiziya kanallarında şou xarakterli verilişlərin azalması, intellektual xarakterli verilişlərin isə artması tendensiyası müşahidə olunur: "Biz daim bu məsələni nəzarətdə saxlayırıq".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol