• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi
13.06.2018 12:37
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, BDYPİ sürücülərin və avtomobil sahiblərinin işini daha da asanlaşdırmaq, cərimə və digər məlumatları vaxtında əldə etmək, bununla da sonradan yaranan müxtəlif problemlərin qarşısını almaq üçün bəzi məqamlara diqqət etməyi tövsiyə edir.

İnzibati Xətalar Məcəlləsinin (İXM) 125.5-ci maddəsində sürücülərin üzərinə düşən vəzifələr əksini tapıb. Qeyd olunur ki, "Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş və İXM-nin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar ASAN ödəniş sisteminə də göndərilir. Bu o deməkdir ki, sürücülər cərimələr barədə həm elektron poçt, həm Asanpay.az saytındakı elektron kabinet, həm də mobil telefondan pulsuz SMS vasitəsilə məlumat ala bilirlər.

Onu da nəzərə almaq lazımdır ki, sözügedən məsələ "Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində də əksini tapır.

Öz rahatlığınız üçün bu cür informasiyaların təqdim olunması tövsiyə edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol