82 yaşlı pambıqçıya meydan oxudular - VIDEO

Salyan rayonunun pambıqçıları Biləsuvarın 82 yaşlı pambıqçısı Lətif Cəfərovun yarış təklifinə müsbət cavab veriblər.
Axar.az xəbər verir ki, Salyanın Qızılağac kəndində fəaliyyət göstərən Zöhrab kəndli-fermer təsərrüfatının rəhbəri olan pambıqçı Mirzəyev Emin, 82 yaşlı pambıqçının yarışına qoşulub. O bildirib ki, 3 ildir pambıqçılıqla məşğuldur və dəfələrlə uğurlu nəticələr göstərərək, bol məhsul əldə edib.
Salyanlı pambıqçı 82 yaşlı biləsuvarlı həmkarının təklifini qəbul etdiyini bildirib. 82 yaşlı pambıqçıya meydan oxuyan salyanlı həmkarı "Məhsul vaxtı görüşərik” deyib.
Xatırladaq ki, 1958-ci ildən pambıqçılıqla məşğul olan 82 yaşlı Lətif Cəfərov kənd təsərrüfatının və pambıqçılığın inkişafı naminə ölkənin ən güclü pambıqçılarını onunla yarışmağa səsləyib.
O bildirib ki, pambıqçılar arasında rəqabət məhsuldarlığı artıracaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























