• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə ŞAD XƏBƏR!

Sürücülərə ŞAD XƏBƏR!
13.06.2018 14:53
Bu günə qədər sürücülərin əsas problemlərindən biri, cərimə meydançasından avtomobil buraxılan zaman buraxılış vərəqəsinin tələb edilməsi idi.

Anews.az avtostop.tv-yə istinadən xəbər verir ki, yeni sənin avtomobilin cəriməni ödəmədiyinə görə (və ya başqa bir səbəbdən) cərimə meydnaçasına aparılırsa, cəriməni ödədikdən sonra sən vaxt itirib DYP-ə gedib buraxılış vərəqəsini almalı idin. İndi bu yoxdur.

Əvvəllər praktikada belə olurdu. Avtomobil cərimə meydançasına salınırdı, cərimə meydançasında ödəniş etmək mümkün deyildi, sən banka gedirdin, sonra DYP-ə gedib uzun növbədə dayanırdın, min-bir zülümlə buraxılış vərəqəsini alırdın, gəlirdin cərimə meydançasına, oradan səndən hətta bir gün qalmasa belə pul alırdılar və daha sonra avtomobilin buraxılırdı. İndi isə artıq belə deyil.

5 iyun 2018-ci il tarixində DİN Naziri Ramil Usubovun qərarı ilə "Yol Patrul Xidməti Haqqında" təlimata dəyişiklik edildi.

"Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər”.

Bundan sonra necə olacaq ? Avtomobiliniz cərimə meydançasına gətirilibsə, siz cəriməni ödədikdən sonra dərhal avtomobil buraxılmalıdır. Bir sutka tamam olmamış minik avtomobillərindən 1 manat tələb etmək olmaz!!! Buraxılış vərəqəsi ləğv edildiyinə görə, cərimə ödənilməsi barəsində qəbz təqdim edildikdən sonra, avtomobil sərbəst buraxılır. Qəbz elə buraxılış üçün əsas sayılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol