• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən "son zəng" xəbərdarlığı

Yol polisindən "son zəng" xəbərdarlığı
13.06.2018 15:45
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi növbəti təhsil ilinin başa çatması ilə əlaqədar vətəndaşlara müraciət edib.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, bu münasibətlə orta məktəblərdə keçirilən "son zəng" tədbirləri ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək: "Məlumdur ki, həmin gün məktəblərdə bayram tədbirləri keçiriləcək. Buna görə də, vətəndaşlara müraciət edirik ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı son dərəcə diqqətli olsunlar. Xüsusilə məzunlara, sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi ilə bağlı sürücülər unutmasınlar ki, inzibati xəta tərkibi yarana bilər. Unutmasınlar ki, hər an yol qəzaları törədilə bilər. Həmin gün təhsil müəssisələrinin yerləşdiyi ərazilərdəki küçə və yollarda nəzarət gücləndiriləcək və yol polisi əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparacaqlar".

V.Əsədov bildirib ki, həmin ərazilərdə həmçinin avtomobillərin parklanması, dayanma və durma qaydalarına riayət edilməlidir. Yol polisləri tədbirlər başa çatana qədər həmin ərazilərdə, dayanma, durma və parklanmaya ciddi nəzarət edəcək, qaydaları pozan sürücülər barədə qanunvericiliyə uyğun tədbirlər görüləcək: "Həmin ərazidə süni sıxlığın yaranmaması və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təmin edilməsi üçün sürücülərdən xahiş edirik ki, dayanma, durma və parklanma qaydalarına düzgün riayət etsinlər, piyadalar isə gəzintiyə çıxarkən yalnız onlar üçün nəzərdə tutulan zolaq üzrə hərəkət etsinlər və səkilərdən istifadə etsinlər".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol