Bəşər tarixinin ən qorxulu xəstəlikləri - SİYAHI

2. Qara ölüm - 1346-1353-cü illər - 50 000 000 ölü"Qara ölüm" - Avropa ölkələrində 1346-53 illərdə baş vermiş taun pandemiyasına deyilirdi. Həmin dövrdə təkcə Avropada 24 milyon adam - təxminən Avropa əhalisinin ¼-i tələf olub. Qara ölüm 1361 və 1369 illərdə kəskin olmasa da, yenidən özünü göstərib.Böyük Moskva knyazlığında və Yaxın Şərqdə də yayılıb.
3. HİV - AİDS 1981-ci ildən günümüzədək - 39 000 000 ölü İlk AİDS xəstəsi 1981-ci ildə ABŞ-ın Nyu-york və Kaliforniya ştatlarında qeydə alınıb. AİDS diaqnozu qoyulan ilk şəxslərin çoxu cinsi yolla xəstəliyə yoluxmuş "gey"lər və eyni şprislərdən istifadə edən narkotik maddə asılıları idilər. 1983-cü ildə amerikalı və fransız həkimlər xəsətliyin səbəbinin HİV olduğunu tapdılar və 1985-ci ildə bu virusu təsbit edən qan testləri aparılmağa başlanıldı. Daha sonra AİDS-ə yoluxan xəstələr Afrikada üzə çıxdı. O vaxtdan bəri xəstəliyə yoluxanların sayı artmaq üzrədir. Xəstəlik bir neçə yolla yoluxur - cinsi yolla, narkotik maddələrin bədənə eyni vasitə ilə yeridilməsi yolu ilə, yaxud ata-anadan birinin bu virusa tutulması yolu ilə. Xəsətliyin hələ də dərmanı tapılmayıb.
4. İspan qripi pandemiyası - 1918-1920-ci illər - 39 000 000 ölü Bəşər tarixinin ən böyük qrip pandemiyası kimi tanınır. 18 ay müddətində dünyada 550 milyon adam, yaxud planet əhalisinin 29,5 faizi bu qripə yoluxur. 50-100 milyon adamın öldüyü bildirilir. Epidemiya I Dünya Müharibəsinin sonuncu aylarında İspaniyadan yayılmağa başlayır və ilk aylarda 8 milyon adam virusun daşıyıcısına şevrilir. Həyya İspaniya kralı XIII Alfons da qripə yoluxur. Xəstəliyin qurbanları gənc və sağlam adamlar olur.
5. Müasir vəba - 1894-1903-cü illər arası - 100 000 000 ölü 1800-cü illərin ən qorxunc xəstəliyi. Bu pandemiya ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, həkimlər xəstəliyin iyləmə qabiliyyəti vasitəsilə yayıldığını hesab ediblər. Odur ki, xəstələrini müalicə edən həkimlər içərisi müxtəlif çiçəklərlə dolu olan və və qorxunc maska taxaraq xəstələrə yaxınlaşırmışlar.
6. II Vəba pandemiyası - 1665-1666-cı illər - 110 000 ölü

7. Böyük London vəbası -1665-1666-cı illər - 1 000 000 ölü

8. III Vəba pandemiyası - 1817-1823-cü illər - 110 000 ölü

9. Qarın yatalağı epidemiyası - (tif epidemiyası) - 1848-ci illər - 20 000 ölü

10. IV Vəba pandemiyası - 1863-1879-cu illər - 704 657 ölü
11. V Vəba pandemiyası - 1881-1896-cı illər - 981 898 ölü
12. Rus qripi - 1889-1890-cı illər - 1 000 000 ölü
13. VI Vəba pandemiyası - 1899-1923-cü illər - 1.500 000 ölü 
14. Asiya qripi - 1957-1958-ci illər - 2 000 000 ölü

15. Honq-Konq qripi - 1968-1969-cu illər - 1 000 000 ölü

16. VII Vəba pandemiyası - 1961-ci ildən günümüzədək - 570 000 ölü

17. Donuz qripi - 2009-cü ildən başlayaraq - 284 000 ölü

18. Haiti Vəba epidemiyası 6 631 ölü 2011-ci ildən başlayaraq

Hazırladı Nuray
ANN.Az
























