• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda iki nəfəri öldürən polis həbs edildi

Bakıda iki nəfəri öldürən polis həbs edildi
14.06.2018 12:10
İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub.

APA-nın məlumatına görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Renc Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Şahidlər bildirib ki, hadisədən sonra "Renc Rover”in başından xəsarət alan sürücüsü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o artıq həbs olunub:

"Doğrudan da ağır hadisədir. Təssüflər olsun ki, nəticədə iki vətəndaşımız dünyasını dəyişib. Polisin əməliyyat-istintaq qrupu hadisə yerinə çatanda "Renc Rover” markalı avtomobilin sürücüsü artıq oranı tərk etmişdi. Bütün bunlara baxmayaraq, DİN rəhbərliyinin birbaşa nəzarətə götürdüyü bu hadisə ilə bağlı operativ olaraq peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurla nəticələnib. Məlum oldu ki, qəza baş verən zaman "Renc Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. Hadisə ilə bağlı Binəqədi RPİ-də qaldırılmış cinayət işi bundan sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib”.
 
Tanınmış jurnalsit, pedaqoq Akif Şahverdiyev dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, Akif ŞAhverdiyevin 59 yaşı var idi. O, "Naxçıvan", "Odlar yurdu", "Qərb" və "Bakı Avrasiya" universitetlərində tələbələrə Jurnalistika ixtisası üzrə dərs deyib.
1993-cü ildən jurnalistika fəaliyyətinə başlayan Akif Şahverdiyev bir neçə mətbu orqanda müxtəlif vəzifələrdə çalışıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol